Boran Əziz: 20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir

20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir. Bakıda gecəyarı fövqəladə vəziyyət tətbiq edilmiş, əhali xəbərdar edilməmişdir. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. ✒️ Redaktor: Şəmsiyyə Əliqızı 🎤 Aparıcı: Könül Əliyeva 📽 Operator: Nurlan Məlikzadə 📼 Montaj: Nurlan Məlikzadə © Copyright: @ikisahiltv #azərbaycan #ilhaməliyev #zəngəzur #yol #sülhmüqaviləsi #silahlıqüvvələr #azərbaycanordusu #ikisahil #ikisahiltv #xəbərlər #xəbərlərbugün #xəbər #xəbərləryeni #news #məscid #Rəvanqulu #səfəvi 📌Xəbərləri bizdən alın, Xəbərsiz qalmayın! 📍Web saytımız - http://ikisahil.tv / http://ikisahil.az 📍 Twitter: https://twitter.com/ikisahilnews 📍 Youtube: https://www.youtube.com/İkisahilTV 📍 Facebook: https://www.facebook.com/ikisahil 📍 Telegram: https://t.me/ikisahil 📍 Instagram: https://www.instagram.com/ikisahil/