Cəlil Xəlilov: Ordu quruculuğu Vətənə sevgidir, dövlətə, dövlətçiliyə sədaqətdir

Azərbaycan əsgəri Vətəninin milli maraqlarını şərəflə qoruyur

Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı sədrinin müavini, polkovnik Cəlil Xəlilov İkisahil.TV-yə müsahibəsində yaranmasının 101 ili tamam olan Azərbaycan Ordusunun dünəninə və bu gününə nəzər salaraq bildirdi ki, keçən il Azadlıq Meydanında keçirilən parad Silahlı Qüvvələrimizin güc və qüdrətinin nümayişinin əyani təzahürü olub: “Bu gün Azərbaycan əsgəri Vətəninin milli maraqlarını şərəflə qoruyur. Artıq beynəlxalq hesabatlarda Azərbaycan Silahlı Qüvvələri dünyanın güclü orduları sırasında yer alır”.