“Vətən müharibəsinin ikinci ildönümü: Tarixi qələbə və yeni zəfərlər” mövzusunda konfrans

Vətən müharibəsinin ikinci ildönümünü ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı birgə “Vətən müharibəsinin ikinci ildönümü: Tarixi qələbə və yeni zəfərlər” adlı konfrans keçirib. konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsinin 44 gününün hər biri dastan olan bu tarixi yazmış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 44 günlük Vətən müharibəsində canını fəda etmiş Nizami rayonunun şəhidlərinin xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. ✒️ Redaktor: Şəmsiyyə Əliqızı 🔊 Səsləndirdi: Könül Əliyeva 📽 Operator: Samir Paşayev 📼 Montaj: Araz Vəlili © Copyright: İki sahil TV #Azərbaycan #Azerbaijan #şəhidlər #şəhidanası #şəhidlərölməzvətənbölünməz #qarabağ #nizamirayontəşkilatı # #azərbaycanordusu #müzəffəralibaşkomandan #müharibə 📌Xəbərləri bizdən alın, Xəbərsiz qalmayın! 📍Web saytımız - http://ikisahil.tv / http://ikisahil.az 📍 Twitter: https://twitter.com/ikisahilnews 📍 Youtube: https://www.youtube.com/İkisahilTV 📍 Facebook: https://www.facebook.com/ikisahil 📍 Telegram: https://t.me/ikisahil 📍 Instagram: https://www.instagram.com/ikisahil/