Vüqar Bayramov: Kimlərin əməkhaqqısı artırılıb?

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev əhalinin sosial təminatının gücləndirilməsi üçün yeni sərəncam və fərmanlar imzalayıb. Bununla da bir sıra dövlət qurumlarında çalışanların əmək haqqları və eləcə də sosial müavinətlər və təqaüdlər artırılıb. Qeyd edək ki, 2023-cü ildə dövlət büdcəsindən sosial sferaya 15.2 milyard manatın ayrılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, büdcə xərclərinin 46.0 faizi sosial sferaya yönəldiləcək. Qarabağ və Şərqi Zəngəzurda quruculuğun davam etməsi və təhlükəsizlik xərclərimizi də nəzərə alsaq sosial sferaya kifayət qədər böyük vəsaitin ayrılması reallaşacaq. Bu müstəqillik illərində sosial sahədə ən böyük ayırmadır. Son sərəncamlar bir daha təsdiq edir ki, bu ildə sosial paketin genişləndirilməsi həyata keçiriləcək. Bütövülkdə, son sərəncam və fərmanlar 2 milyon 700 mindən artıq vətəndaşımızı əhatə edəcək. ✒️ Redaktor: Şəmsiyyə Əliqızı 🎤 Aparıcı: Könül Əliyeva 📽 Operator və montaj: Araz Vəlili © Copyright: @ikisahiltv #siyasibaxış #əməkhaqqı #maaşlar #pensiya #vüqarbayramov #milliməclis #siyasi #maaşartımı #artım #fəxriadlar #sənətçilər #əmək #ikisahil #ikisahiltv #xəbərlər #xəbərlərbugün #xəbər #xəbərləryeni #news 📌Xəbərləri bizdən alın, Xəbərsiz qalmayın! 📍Web saytımız - http://ikisahil.tv / http://ikisahil.az 📍 Twitter: https://twitter.com/ikisahilnews 📍 Youtube: https://www.youtube.com/İkisahilTV 📍 Facebook: https://www.facebook.com/ikisahil 📍 Telegram: https://t.me/ikisahil 📍 Instagram: https://www.instagram.com/ikisahil/